Reklam: High Technic
hightechnic

Komitə təkzib etdi: “5 min ədəd yox, 4 qutu qərənfil keçirilib”

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Dağıstan Gömrük İdarəsinin “Məhərrəmkənd” gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən “Mercedes Benz” markalı avtomobildə qanunsuz şəkildə sərhəddən keçirilərək gömrük orqanına bəyan edilməyən 5 min ədəd qərənfilin aşkar edilməsi barədə məlumat yayılıb.

Yenicag.az xəbərinə görə, Dövlət Gömrük Komitəsindən bildirilib ki, 17 may 2018-ci il tarixdə Azərbaycandan Rusiyaya 5 min ədəd qərənfil yükü aparan hər hansı avtomobil keçməyib.

“Həmin tarixdə Rusiyaya gedən fiziki şəxslər-Azərbaycan Respublikası vətəndaşları Sadıx Məmmədov tərəfindən 1 qutu, Məhəmməd Osmanov tərəfindən 2 qutu və Rusiya Federasiyası vətəndaşı Mirsalamət Ələkbərov tərəfindən 1 qutu qərənfil aparılıb. Qeyd edək ki, adları çəkilən yüklər kommersiya məqsədləri üçün nəzərdə tutulmadığına görə sadələşdirilmiş bəyannamə ilə Azərbaycan gömrük orqanlarına bəyan edilib ki, bu zaman da qanunvericiliyə uyğun olaraq hər hansı digər əlavə sənəd tələb olunmur”, – deyə məlumatda vurğulanıb.

www.yenicag.az

900