!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Komitənin nazirliyə çevrilməsi ilə işdə keyfiyyət dəyişikliyinə nail olmaq mümkün deyil” – ŞƏRH

!Reklam – Yazi

“Dövlət komitəsi ilə nazirliyin hüquq və vəzifələri, səlahiyyətləri, demək olar, eynidir”.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsinə dair təklifi dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, hətta komitə statusunda çox effektli fəaliyyət göstərmək mümkündür:

“Prinsip etibarilə, istər dövlət komitəsi, istərsə də nazirlik olsun, hər ikisi mərkəzi icra hakimiyyəti statusunda Nazirlər Kabinetinin üzvü olan qurumlardır, hüquq və vəzifələri, səlahiyyətləri, demək olar, eynidir.

Sadəcə olaraq komitə, adətən, məhdud istiqamətdə olan məsələlərin tənzimlənməsi üçün yaradılsa da, nazirlik daha geniş fəaliyyət sferasını əhatə edir.

Məsələn, Təhsil Nazirliyi ölkədə ali, orta və ya ixtisas təhsili üzrə məsələlərlə məşğul olur, bu sahəyə aid vəziyyəti nizamlayır. Komitə isə konkret bir istiqamətə aid fəaliyyəti həyata keçirir. Yəni onların arasındakı fərq bundan ibarətdir.

O baxımdan, haqqında danışılan komitənin nazirliyə çevrilməsi ilə keyfiyyət dəyişikliyinə nail olunması inandırıcı deyil. Hətta komitə statusunda da çox effektli işlər görmək mümkündür”.

A.Zeynalov

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv