Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Kommersiya banklarının qazanc hərisliyi - Real sektora ögey münasibət... - Problem

Dəfələrlə ən yüksək səviyyələrdə səslənməsinə baxmayaraq, kommersiya bankları real sektora hələ də kredit ayırmır. Sanki bu sektor banklar üçün ümumiyyətlə, mövcud deyil. Halbuki, inkişaf etmiş ölkələrdə banklar kredit ayırarkən əsas diqqəti məhz real sektora yönəldir. Azərbayanda isə bank kreditləri real sektor üçün əlçatmaz olaraq qalmaqda davam edir. Nədən banklar real sektora pul qoymaqda hələ də maraqlı deyillər?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun Yenicag.az-a açıqlamasına görə, bankların real sektora kredit ayırmaqda maraqlı olmamasına bir neçə amil səbəb olub:

“Kommersiya banklarının real sektoru maliyyələşdirməsi çox vacibdir. Amma hələ də rəsmi statistika göstərir ki, banklar real sektoru maliyyələşdirməkdə maraqlı deyil. Ya da bu sahəyə az həcmdə vəsait yönəltməklə işlərini bitmiş hesab edirlər.

Vəziyyətin belə olması bankların istehlak kreditləşməsi vasitəsilə daha çox gəlir əldə etmək istəyilə bağlıdır. Yəni banklar hələ də ümidlərini istehlak kreditləri verməyə yönəldib. Nəticədə də real sektorun maliyyləşdirilməsi bankların kredit portfelində böyük paya malik olmur. Baxmayaraq ki, real sektorun maliyyələşdirilməsi həm də iqtisadi inkişaf baxımından vacibdir. Lakin qısa zamanda qazanc götürmək istəyi bankları istehlak kreditlərinə daha çox kredit ayırmağa meyilləndirir.

Digər bir məqam postneft dövründə bankların kredit şərtlərini ağırlaşdırmaları ilə bağlıdır. Bu da iş adamlarının bank kreditlərindən istifadəsində xeyli çətinliklər yaradır. Nəticədə, kredit şərtlərinin ağırlaşması da bankların real sektora ayırdığı kreditlərin az olmasına təsir göstərir. Belədə sahibkarlar kredit hesabına öz fəaliyyətlərini genişləndirməkdə çətinlik çəkirlər. Real sektora verilən kreditlərə girov tələb edilməsi və girovun qiymətləndirilməsindəki boşluqlar da bankları həmin sahəyə ciddi maraq göstərməkdən yayındırır. Banklar birmənalı şəkildə girov tələb edir. Həmçinin girovu qiymətləndirən zaman bazar qiymətindən aşağı dəyər verilir. Bu halda da məhz bazar qiymətindən aşağı dəyərə uyğun olaraq da kredit verirlər. Ona görə də girov mexanizminin tənzimlənməsi və qanunvericilikdəki boşluğun aradan qaldırılmasına ehtiyac vardır. Girovun qiymətləndirilməsi və onun məbləğinə uyğun olaraq, kredit məbləğlərinə ehtiyac vardır. Sözsüz ki, bankların likvidliyinin aşağı düşməsi də onların real sektoru maliyyələşdirməmələrinə təsir göstərir. Ona görə Mərkəzi Bank bankların real sektoru kreditləşdirməkdə maraqlı olmasına nail olmaq üçün təşviqedici addımlara getməlidir. İnzibati yolla isə bankların real sektoru maliyyələşdirməsinə nail olmaq mümkün deyil. Amma Mərkəzi Bank tərəfindən banklara müxtəlif güzəştlərin tətbiqi, kreditlərə çıxış imkanlarını genişləndirmək kimi tədbirlərlə bankların real sektoru maliyyələşdirmək istiqamətindəki payını artırmaq mümkündür”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

423
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM