“Ermənistan öz destruktiv mövqeyini davam etdirərək, gözlənilən qərarın qəbuluna mane olmağa çalışır”.
Bu fikirləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva danışıqlarından sonra bu ölkələrin baş nazir müavinlərinin görüşündə hələ də konkret anlaşmanın əldə edilməməsinin səbəblərindən danışan politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərin görə, Ermənistanın müqavimətinə baxmayaraq, nəzərdə tutulan kommunikasıyaların açılması ilə bağlı yekun qərar bu ilin sonuna qədər verilə bilər:
“Ermənistan hər zaman olduğu kimi, baş nazirlərin görüşündə də destruktiv mövqe tutaraq, müvafiq anlaşmaların əldə edilməsini əngəlləməyə çalışır.
Amma hesab edirəm ki, Rusiya Ermənistanın bu mövqeyinin uzun müddət davam etməsinə imkan verməyəcək.
Görünən budur ki, Rusiya da regiondakı kommunikasiyaların açılmasında tələsir və onun bu tələsməyi heç də əsassız deyil.
Ona görə də belə düşünürəm ki, Ermənistanın müqavimətinə baxmayaraq, kommunikasiyaların açılması ilə bağlı yekun qərar bu ilin sonuna qədər verilə bilər”.
A.Zeynalov