Komputer oyunlarından asılılıq xəstəliklər siyahısına daxil edildi

Dünya Səhiyyə Təşkilatı Xəstəliklərin beynəlxalq klassifikasiyasının 11-ci versiyasında computer və videoyunlardan asılılığı psixi pozğunluqlar siyahısına daxil edib.

Yenicag.az xəbər verir ki, artıq bundan sonra psixiaitrlar belə pasiyentləri diaqnoz və müalicə edəcək.

Yeni təsnifata görə, bu xəstəliyin diaqnostikası üçün insanda azı 1 il oyunmaniya əlamətləri müşahidə ediıməlidir.

Müxtəlif oyunlardan asılı vəziyyətə düşən insanların şəxsi, ailə və sosial həyatı təhlükə altında olur, iş qabiliyyəti azalır, bu insanlarda narkomaniyaya bənzər asılılıq əlamətləri yaranır.

ÜST 2017-ci ildən oyunlardan asılılığı psixi xəstəlik kimi araşdırır və nəhayət bunun xəstəlik olduğunu təsdiq etdi. Alimlər hesab edir ki, yer üzü əhalisinin 10%-i bu xəstəlikdən əziyyət çəkir və bu rəqəm getdikcə artır.

Bu qərara dünyanın öndə gedən komputer oyunları bazarının iri şirkətləri etiraz etmiş və Dünya Səhiyyə təşkilatını bu məsələyə yenidən baxmağa çağırmışlar. Onlar video və komputer oyunlarını alan, qoşulan və oynayan istifadəçiləri xəstə adlandırmağa qarşıdır./Medicina/