Kompüter xətası onlarla qadının ölümünə səbəb oldu

Kompüter xətası ən azı 135 qadının “döş xərçəngi”ndən ölməsinə səbəb olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Nazirliyi şok hesabatlar yayımlayıb. Məlum olub ki, kompüterin xətasına görə 9 ildir müayinəyə çağırılmayam 68-71 yaş qrupunda olan 450 min qadından ən azı 135, ən çoxu 270 qadın “döş xərçəngi”ndən dünyasını dəyişib. Belə ki, bu yaş qrupunda olan və xəstəlik riski daşıyan qadınların adları avtomatik sistemdən silinib.

Qeyd edək ki, səhiyyə sahəsində üzə çıxmış bu yanlış əhalinin narazılığına səbəb olub.