Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Konçitanın yeni klipi

77476Avstriyalı müğənni Konçita “Heroes” mahnısına (Qəhrəmanlar) yeni klip çəkdirib.

Məlumata görə, “Heroes” onun “Avrovision-2014” yarışmasında ona qələbə gətirən “Rise Like a Phoenix” mahnısından sonra ilk işidir. Yeni mahnıda Konçita Vurst adət olunmuş retro səslənmədən barokko pop və soulun xeyrinə imtina edib. Belə ki, müğənni səslənməni dəyişsə də, bütün mümkün azadlıqlar uğrunda döyüşən döyüşçü obrazını saxlayıb.

“Heroes” videoklipi açıq-aşkar müharibə əleyhinə rənglərə malikdir. Konçita Vurst “avtomatlı və dəmir maskalı aqressiv kişilərə qarşı gələn ağ paltarlı və fatalı qız “ obrazındadır.

Mahnıda “We can be so beautiful listening to the sound of silence” (Biz sakitliyin səsinə qulaq asarkən elə gözəl oluruq ki) sözləri var. Dünya fəlakətin astanasındadır və əgər biz bir daha fikirləşməsək, çirkin müharibə səsləri bizim üçün mahnı olacaq. (anspress.com)

www.yenicag.az

282