Kondisionerin koronavirusun yayılmasında ROLU – Professordan ÖNƏMLİ AÇIQLAMA

“Kondisioner bir xəstədə olan virusu havaya yaya bilər. Buna görə də koronavirusla əlaqədar avtobuslarda kondisioner işlədilməməlidir”

Tibb elmləri doktoru, professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qoyulan məhdudiyyəti şərh edərkən belə deyib.

A.Qeybulla kondisioner vasitəsi ilə daha çox insanların virusa yoluxa biləcəyini bildirib:

“Kondisioner bir xəstədə olan virusu havaya yaya bilər. Buna görə də koronavirusla əlaqədar avtobuslarda kondisioner işlədilməməlidir. Əvvəllər də avtobuslarda kondisioner yox idi, onda da insanlar yaşayırdı. Pandemiya dövrdur, insanlar buna uyğunlaşmalıdır. Avtobuslarda sosial izolyasiya qaydalarına əməl olunmalıdır; ayaq üstə adam olmamalıdır, bütün oturacaqlarda oturulmamalıdır. Ən qorxulu xəstələr, testi pozitiv çıxan, amma heç bir əlaməti olmayan xəstələrdir. Onlar özlərindən asılı olmayaraq, xəstəliyi yaymağa daha meyllidirlər. Hesab edirəm ki, hər kəsə potensial koronavirus xəstəsi kimi baxılmalıdır”.

Cəvahir

COP29