Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Konflikt jurnalistikası təlimlərinin 5-ci ili başladı - FOTO

“Dinc Dünya Araşdırmalar Mərkəzi”nin təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə “Konflikt Jurnalistika Məktəbi”nin yeni tədris və təlim ili başlayıb.

Yenicag.az xəbər verir ki, ilk öncə tədris mərhələsi başlayan təlimlərdə 35-dən çox gənc və təcrübəli jurnalist iştirak edib.

Təlimlərin növbəti mərhələsi 13 oktyabr tarixində Hərbi Dəniz Qüvvələrinin bazasında baş tutub. Təlimalanlara Hərbi Dəniz Qüvvələrinin tarixi və arsenalı haqqında məlumat verilib. Daha sonra iştirakçıların sualları cavablandırılıb.

“Dinc Dünya Araşdırmalar Mərkəzi”nin rəhbəri Əlisəfa Mehdiyevin sözlərinə görə, bu cür tədbirlər Müdafiə Nazirliyinin digər qoşun növlərində də keçiriləcək. Bu ilin avqust ayına qədər tədris şəklində davam edəcək təlimlərdə seçilən jurnalistlər, avqust ayında baş tutacaq poliqon təlimlərinə aparılacaq.

Lahiyə rəhbəri onu da qeyd edib ki, artıq 5-ci ildir ki baş tutan təlimlərdə əsas məqsəd hərbi sahədə yazan jurnalistlərin hazırlanması və onlara bu istiqamətdə təcrübələrin ötürülməsidir.

Həşim Səhrablı

 

www.yenicag.az

1935
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM