Konfrans Liqası: “Başakşəhər” növbəti oyununa çıxır

Bu gün UEFA Konfrans Liqasının əsas mərhələsinin son oyunları keçiriləcək.

Yenicag.az xəbər verir ki, VI turda futbol azarkeşləri 18 qarşılaşmaya şahidlik edəcəklər. Bütün görüşlər Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” Belçikada “Serkl Brügge”nin qonağı olacaq. İngiltərənin “Çelsi” komandası isə doğma meydanda İrlandiyanın “Şemrok Rovers” klubu ilə üz-üzə gələcək.