Konfrans Liqası: “Sabah”ın potensial rəqibləri ilk oyunlarını keçirdilər

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin daha bir ilk oyunu başa çatıb.

Yenicag.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Sabah”ın potensial rəqiblərindən olan Şimali Makedoniyanın “Makedoniya” klubu Latviyanın RFŞ kollektivini qəbul edib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. 34-cü dəqiqədə Andrey İliç fərqlənib.

Tərəflər arasındakı cavab görüşü bir həftə sonra olacaq.