İrlandiyalı qaydasız döyüşçü Konor Makqreqor karyerasını bitirdiyini elan edib.
Yenicag.az-ın məlumatına görə, bu barədə 30 yaşlı idmançı öz “Twitter” səhifəsində yazıb.
“Mən UFC-da olan karyeramı bitirmək qərarına gəldim. Bütün köhnə həmkarlarıma karyeralarında uğurlar arzu edirəm”, – deyə Makqreqor bildirib.
UFC kateqoriyasında ən populyar idmançılardan hesab olunan K.Makqreqor karyerası ərzində 25 döyüş keçirib və onun 21-də qalib gəlib.
O, sonuncu döyüşünü ötən ilin oktyabrında rusiyalı idmançı Həbib Nurməhəmmədova qarşı keçirib və məğlub olub.
K.Makqreqor eyni zamanda iki çəki dərəcəsində çempion olmuş ilk döyüşçüdür.