Konqo “Ebola” işğalında: 1500-dən çox insan öldü

Konqo Demokratik Respublikasında 2018-ci ilin iyulundan bu günə kimi “Ebola” virusundan ölənlərin sayı 1,5 min nəfəri ötüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin iyunun 23-nə olan məlumatına görə, ölkədə 2239 virusa yoluxma halı qeydə alınıb. Onlardan 2145 nəfərdə xəstəliyin əlamətləri təsdiqlənib. Daha 94 nəfərin bu virusa yoluxduğu ehtimal olunur.

Ümumilikdə ölkədə “Ebola”dan 1506 nəfər ölüb. 621 nəfər isə müalicə alaraq sağalıb.

Konqoda “Ebola” virusu yayılması 2018-ci ilin iyulundan yayılmağa başlayıb./Anews /

COP29