Konqoda Ebola virusuna yoluxanların sayı 602 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Konqonun səhiyyə nazirliyini “Twitter” səhifəsində məlumat verib.
Nazirliyin məlumatında deyilir: “2019-cu il yanvarın 1-nə qədər vəziyyət belədir: 602 yoluxma halı, 558-i təsdiqlənib, 48-i isə yoluxma riskini daşıyır. Yoluxanların 366 nəfəri həlak olub, 205 nəfər müalicə edilib”.