Konqoda şaxta çökdü: 14 nəfər öldü

Konqo Demokratik Respublikasında şaxta çöküb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər ölüb.

Daha 9 nəfərin ağır yaralandığı bildirilib. Yaralılar xəstəxanaya aparılıb.

İlkin məlumata görə, çökməyə səbəb yağan güclü yağışlar olub.