Konqoda vulkan püskürdü

Konqonun şərqində yerləşən kiçik Murara vulkanı püskürüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkə hökumətinin nümayəndəsi Patrik Muya bildirib.

Murara vulkanı Nyamuragira dağının yamacında və mayın 22-də güclü püskürən Nyiraqonqo vulkanından 13 kilometr aralıqda yerləşir.

“Biz hadisələrin inkişafını yaxından izləyirik”, – “Agence France-Presse” (AFP) hökumət nümayəndəsinin sözlərini sitat gətirir.

Muraranın daha əvvəlki püskürməsi 1977-ci ilin yazında olub.