ABŞ konqresinin Nümayəndələr Palatası Trampın hərbi-müdafiə sahəsindəki səlahiyyətlərini məhdudlaşdırıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl nüvə sazişinin ləğvi ilə tərəflərin narazılığına səbəb Donald Trampın fəaliyyətlərini məhdudlaşdırmaq üçün yeni qərar qəbul olunub. Nümayəndələr Palatası “Milli müdafiə səlahiyyətləri” adlı qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən Tramp hər hansı ölkəyə, o cümlədən də, İrana hərbi müdaxil etmək üçün təkbaşına qərar verə bilməyəcək.
Demokratlar partiyasından Keyt Mauris Ellisonun irəli sürdüyü qanuna dəyişiklik təklifinə respublikaçılar da dəstək verib.
Bildirilib ki, beynəlxalq arenada İran və ABŞ arasında artan gərginlik Trampın şəxsi münasibətinə əsasən hərbi toqquşmaya çevrilə bilər. Buna görə də, konqres ehtimal edilən gərginliyin qarşısını alır.