Konsert salonunda atışma – 1 ölü, 3 yaralı

50813Naməlum şəxs reper T.I-nın Nyu-Yorkdakı Irving Plazada konseti zamanı salondakı insanlara atəş açıb.

“Report”un məlumatına görə, bu barədə “Associated Press” agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə dünən yerli vaxtla saat 22:12-də baş verib.

Nəticədə üç kişi və bir qadın yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri haqda məlumat verilmir. Polis hadisəni törədən şəxsin axtarışına başlayıb.