Konsertdə FACİƏ – Ekran rəqqasların üzərinə düşdü – ANBAAN VİDEO

Honq-Konqda Mirror qrupunun çıxışı zamanı konsertin yayımlandığı nəhəng ekran rəqqasların üzərinə düşüb.

Ekranın hərəkəti və fırlanması zamanı onu tutan kabel partlayıb və struktur rəqqaslardan birinin üzərinə düşüb.

Məlumata görə, qruplaşmanın 2 və ya 3 üzvü yaralanıb. Hadisədən 10 dəqiqə sonra hadisə yerinə gələn təcili yardım, yaralı rəqqaslar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.