Prezident seçkilərinin nəticələri rəsmən təsdiq edildi

Aprelin 11-də keçirilmiş Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Plenum iclası yekunlaşıb. 

Yenicag.az bildirir ki, iclasın nəticələrinə əsasən prezident seçkilərilə əlaqədar məhkəmələrə şikayət daxil olmadığı məlum olub. Səsvermənin nəticələrinə əsasən, namizədlərdən ən çox səsi İlham Heydər oğlu Əliyev toplayıb. O, 86.02 faiz seçici səsi qazanıb.

 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını açıqlayaraq bildirib ki, əsasən, seçkilərdə ən çox səs toplamış namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan edilib.

Qərar elan olunan andan qüvvəyə minib.