Konstitusiya Məhkəməsinin əməkdaşları təltif olundu

İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi tamam olur.

Yenicag.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Konstitusiya Məhkəməsinin Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aslanov Tural Aslan oğluna, Cinayət və inzibati hüquq şöbəsinin müdiri Əfəndiyeva Humay Elçin qızına, Hüquqi təminat və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri Hacızadə Anar Nizami oğluna 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcələri verilib./Trend/

COP29