!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Konstitusiya üçüncü dəfə prezident seçilməyimə icazə vermir - Putin

!Reklam – Yazi

Rusiya Federasiyasının rəhbəri Vladimir Putin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməyi planlaşdırmadığını açıqlayıb.

Yenicag.az xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu iştirakçılarından biri Putinə onun siyasi gələcəyi ilə bağlı sual verib. Putin isə cavabında Rusiya Federasiyası Konstitusiyasına hər zaman ciddi riayət etdiyini bildirib:

“Konstitusiyada aydın yazılıb: ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməz olmaz. İndi mənim ikinci prezidentlik müddətimdir. Yadınızdadırsa, mən buna qədər iki dəfə ardıcıl prezident olmuşam, sonra isə prezident vəzifəsini tərk etmişəm. Ona görə ki, Konstitusiya üçüncü dəfə seçilməyə icazə vermir. Bu qədər”.

Qeyd edək ki, Putinin prezidentlik müddəti 2024-cü ilin 7 iyununda başa çatacaq.

www.yenicag.az

4141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv