Konsulluğ binasının yaxınlığında partlayış baş verib-Video

erbil-de-abd-baskonsolosluk-binasi-yakininda-2-7207653_5830_oİraqın Ərbil şəhərində Ankawa bölgəsində ABŞ-ın Baş konsulluq binasının yaxınlığında partlayış olub.

Bu haqda məlumatı “haberler” saytı yayıb.

Partlayış zamanı ölən və yaralananların olduğu deyilir.

“Reuters” agentliyi partlayışdan sonra bölgədən silah səsləri gəldiyini deyib.

Ərbilin mərkəzi “Rudaw” televiziyası bildirib ki, partlayış konsulluğun qarşısında dayanan avtomobildə baş verib.