Konsulluqda öldürülən Camal Qaşıqçının yeni görüntüləri yayıldı – VİDEO

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən Camal Qaşıqçının yeni görüntüləri yayılıb.

Yenicag.az xəbər verir ki, Türkiyə mətbuatı tərəfindən yayılan görüntülər Qaşıqçının öldürülməsindən 7 gün öncə lentə alınıb.

Məsələ burasındadır ki, Camal Qaşıqçı sentyabrın 25-də İstanbulda sevgilisi ilə birlikdə ev alır. Evləndikdən sonra xanımı ilə birlikdə sözügedən evdə yaşamağı planlaşdıran Qaşıqçı, sənədlərini hazırlamaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna yollanır. Oktyabrın 2-dən sonra isə jurnalistdən xəbər alınmır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Camal Qaşıqçının konsulluğda çıxan dava nəticəsində öldüyünü bildirib.