Qeyd edək ki, şəbəkənin bütün mağazalarında xüsusi ianə qutuları da yerləşdirilib. Sizə yaxın istənilən “Kontakt” mağazasına yaxınlaşıb ianə dəstəyinizi göstərə Autizm üçün fərqindəlik yarada bilərsiniz. Bu qutulara toplanan ianələr hər ay “Birgə və Sağlam” İctimai Birliyi nəzdindəki “Autizm Bərpa Mərkəzi”nin balansına köçürüləcək. Məhz aprel ayında yığılacaq toplam ianə məbləğini “Kontakt” iki qat artırmağı öz öhdəliyinə götürür.
Misal üçün, əgər aprel ayında ümumilikdə 5000 manat ianə toplanacaqsa, “Kontakt” Autizm Mərkəzinə 10 000 manat köçürəcək.
Həmçinin oxuyun: “Kontakt”dan Autizm Gününə möhtəşəm videoçarx və dəstək aksiyası – VİDEO
Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribütoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distribütoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.
Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 35 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir.