“Əgər belə hal varsa, bu, çox yanlışdır və qanunsuzluqdur”.
Bunu Yenicag.az-a açıqlamasında “Kontakt Home” və “İrşad Electronics”də qazilərə və şəhid ailələrinə kredit verilməməsi ilə bağlı yayılan ittihamlara münasibət bildirən “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, “Qaziler.az” portalının baş redaktoru, qazi Rey Kərimoğlu deyib.
O, bildirib ki, belə bir hal ilə qarşılaşmayıb və məlumatı yoxdur.
“Ümumi yanaşsaq, düzdür, qanunvericiliyə əsasən, I qrup əlillərə kredit verilmir. Ola bilər ki, gecikmə düşüb, yaxud kimsə kredit götürüb ödəməyib və s. Bu kimi məsələlərin hər biri elektron sistemdə görünür. Belə olan halda bu, fərdi məsələ sayılır, qaziyə, müəllimə, yaxud şəhid ailəsinə heç bir aidiyyəti yoxdur. Bir sözlə, qazilərə, müharibə əlillərinə və veteranlara kredit verilmədiyi ilə bağlı konkret problemlə qarşılaşmamışam. Əgər belə hal varsa, bu, çox yanlışdır və qanunsuzluqdur”, – deyə o bildirib.
Nəsimi Ələsgərli