“Kontakt” Tefal brendinin Azərbaycandakı rəsmi distributoru oldu

Elektronika və ev əşyaları üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan “Kontakt” dünyaca məşhur “Tefal” brendinin Azərbaycandakı rəsmi distributoru oldu.

Müştərilərinə ən lazım olanı ən sərfəli şərtlərlə təqdim etməyi və bununla onları sevindirməyi özünə hədəf qoyan şəbəkə artıq illərdir dünyanın 30-dan çox aparıcı brendinin ölkəmizdəki partnyorudur. Müştərilər sevdikləri “Tefal” məhsullarının geniş çeşidini sevindirən şəbəkədən rəsmi istehsalçı zəmanəti ilə ala bilərlər.

Brendin gəlişi münasibətilə oktyabrın 24-dək bütün “Kontakt Home” mağazalarında və kontakt.az saytında irili-xırdalı bütün Tefal məhsullarına sizi nağd alışda xüsusi endirimlər, hissəli alışda isə 18 aylıq faizsizkomissiyasız münasib ödəniş imkanları gözləyəcək.

İndi isə keyfiyyəti ilə yanaşı estetikası ilə də seçilən “Tefal”ın bu təkliflərinə birlikdə nəzər salaq:

 

 

 

 

Fransız zərafətini və Avropa keyfiyyətini özündə birləşdirən “Tefal” hazırda dünyanın 120-dən çox ölkəsində insanların həyatını asanlaşdıran innovativ həllər təqdim edir. Əgər brend əvvəllər yüksək keyfiyyətli tava istehsalçısı kimi tanınırdısa, bu gün kiçik məişət texnikası istehsalında da Avropanın №1 brendləri sırasında öz layiqli yerini tutur. Çünki “Tefal” zamanla ayaqlaşmağa deyil, onu qabaqlamağa çalışır.

Siz də “Tefal” brendinin çaydandan tutmuş qəhvəbişirənə, ütüdən buxarlı generatora, tavadan blendera, adi tozsorandan robot tozsorana qədər uzanan geniş çeşiddə keyfiyyətli məişət əşyalarını brendin ölkəmizdəki rəsmi təmsilçisindən almaq istəyirsinizsə, sadəcə sizə yaxın “Kontakt Home” mağazasına gəlin!