Könül Kərimova Cabbara qadağa qoyub?- Mətanət İsgəndərli AÇIQLADI – VİDEO

Əməkdar artist Mətanət İsgəndərli bəstəkar Cabbar Musayevin Könül Kərimovadan başqa müğənnilərə mahnı vermədiyini bildirib. 

Yenicag.az xəbər verir ki, M.İsgəndərli bunun səbəbini açıqlayıb:

“Hamı elə bilir ki, Könül qoymur, qulağımla eşitmişəm. Cabbar, səndən bir xahişim var, bütün müğənnilər üçün yaz, bir güllə bahar olmaz. Niyə başqa müğənnilərə mahnı vermirsən? Elə mənə də mahnı verməmisən, bu faktdır”.

Könül Kərimova bu sözlərlə razılaşmayıb:

O, Cabbarın mahnılarını bütün müğənnilərə özü verdiyini bildirib: “Kim Cabbarın mahnısın oxuyursa, o mənim təşəbbüsümdür. Cabbarın bütün külliyatını yığmışam. Kim hansı mahnını istəsə, seçib götürəcək”.

ATV- nin “Ulduzlu yayım” verilişindən olan görüntüləri təqdim edirik.

Nehru