Könül Kərimova ETİRAF ETDİ: “Nadir halda bəyənirəm”

“Nadir hallarda mahnılarım başqaları tərəfindən oxunanda o ifaları bəyənirəm”

Yenicag.az xəbər bu sözləri müğənni, Əməkdar artist Könül Kərimova efirdə deyib.

İfa etdiyi mahnıların hər müğənnidə yaxşı alınmadığını söyləyən sənətçi nadir hallarda hansısa ifaçını bəyəndiyini bildirib:

“Bəlkə o mahnılar yalnız mənim səsimə, mənim ruhuma yazılıb deyə, belədir. Hər ifaçıda yaxşı alınmır. Ona görə də mahnılarım başqaları tərəfindən oxunanda nadir hallarda o ifaları bəyənirəm. Yəni çox az sayda belə müğənnilər var. Elə olanda hətta özüm deyirəm ki, nə gözəl oxudun, tez-tez oxu”.

Nehru

COP29