“Çalışın, gözəllikdə çirkinlik axtarmayın, çirkinlikdə gözəllik axtarın”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Könül Kərimova “7 tamam” verilişində deyib.
Sənətçi sosial şəbəkələrdə sözlərini lağa qoyan insanlara səslənib:
“Kim istəyər, gəlini çirkin olsun. Mən də istəyirəm, gəlinim gözəl olsun. Bunu efirdə deyəndən sonra hərə ağzına gələni yazdı ki, guya özü gözəl olub, deyir, istəyirəm, gəlinim gözəl olsun. Bəli, özüm gözəl olmamışam, ona görə də istəyirəm, gəlinim gözəl olsun. Çalışın, gözəllikdə çirkinlik axtarmayın, çirkinlikdə gözəllik axtarın. İnanın, dedikləriniz gəlib, bir gün özünüzə qayıdacaq”.
Nehru