Könül Nurullayeva görüşlərini davam etdirir – FOTO/VİDEO

24 saylı Nizami rayon 1-ci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayeva seçicilərlə görüşlər keçirməkdə davam edir.

Bu barədə o, “Facebook” hesabında məlumat verib:

“Bahar ovqatını hiss etdirən qışın təravətli və mülayim havası komandamıza ikiqat ruh verib.

Hər gün görüşlər keçirir, bir dəqiqə olsun, boş dayanmırıq. Təqvimdə nəzərdə tutulduğu kimi, növbəti toplantılar Keşlə qəsəbəsində M. H. Kazımov 43/3 və Zakir 7/1, 1/16 küçələrindəki mənzillərdə oldu.

Xeyli fikir mübadiləsi apardım, seçicilərimin durumları ilə maraqlandım. Onları düşündürən məsələləri öz gündəliyimdə qeyd etdim”.

Deputatlığa namizəd bildirib ki, daha sonra 24 saylı Nizami birinci seçki dairəsi üzrə K. Balakişiyev 35, 39, 48 və Rüstəmov 11, 13 saylı ünvanlarda yaşayan sakinlərlə binanın həyətində ayaqüstü bir araya gəlib:

“Vətəndaşlarımızın pozitiv olması, bu seçkiyə ümidlə baxması və ölkə rəhbərliyinin son dönəmdə keçirdiyi növbəti uğurlu islahatlardan məmnun qalmaları məni də çox sevindirdi”.