Könül: “Onunla sevgili olardım” – ETİRAF/FOTO

Tanınmış aktrisa Könül Yusifqızı ən böyük arzusunu dilə gətirib.

Yenicag.az-a açıqlama verən aktrisa dünyaca məşhur Vensan Kassellə yeni filmdə tərəfmüqabili olmaq istədiyini bildirib:

“Artıq bir çox aktyorlarımız sərhədləri aşaraq, Türkiyə, Rusiya, Hindistan və başqa ölkələrdə filmlərə çəkilməyə başlayıb. Bu sevindirici haldır. Artıq öz qazanımızda “bişməyəcəyik”. Həmişə istəmişəm ki, Azərbaycandan kənarda, müştərək filmlərdə rol alım, nüfuzlu kino mükafatlarını ölkəmizə gətirim. Qoy desinlər ki, azərbaycanlı aktrisalarımız da ölkə xaricində çəkilir. Niyə də yox, kimdən əskiyik?

Dünyaca məşhur fransız aktyor Vensan Kassellə bir filmdə oynamaq arzusundayam. Çox xarizmatikdir, ürəyim gedir o aktyor üçün, onunla sevgili olardım. Əlbəttə ki, hansısa bir filmdə. Onun həyatını əzbər bilirəm, yaradıcılığını izləyirəm. Mensan italyan ulduz Monika Belluççinin keçmiş həyat yoldaşıdır. Hərçənd o Monikanı 20 yaşlı model Tina Kunakiyə dəyişdi, buna görə gözümdən düşdü. Amma böyük aktyordur, bunu danmaq olmaz”.

Cəvahir