Könüldən onu TƏNQİD EDƏNLƏRƏ: “Ay gözü, ürəyi pas atanlar…”

“Gözü, ürəyi pas atanlar, yazıqsınız, bu 5 günlük dünyada insan kimi yaşayın”.

Yenicag.az xəbər verir ki, bunu tanınmış müğənni, Əməkdar artist Könül Kərimova sosial şəbəkə hesabında yazıb.

Müğənni barəsində xoşagəlməz ifadələr yazan və yersiz irad bildirən insanlara səslənərək ürəyini boşaldıb.

Hər şeyə rəğmən “öz balaca dünyasında” qaldığını deyən Kərimova, “Özünüzü hərdən həkimə göstərin”, – deyə onlara rişxənd də edib:

“İnsanın gözəl düşünüb, gözəl baxmağı o qədər gözəldir ki… Çox heyif ki, bu düşüncə hər kəsdə yoxdur. Gözəl düşünmək üçün də gözəl dünyan olsun, gərək. Bax bu məndə nə yaxşı yetərincə var. Bilirsiniz axı, öz balaca dünyam var. Orada yalnız ruhu gözəl, ürəyi gözəl, sağlam düşüncəli insanlar üçün yer ayırmışam. Ona görə də son vaxtlar özümü çox yaxşı hiss edirəm. Demək ki, həyatda nə olursa, yaxşıya doğru olur. Odur ki, özünüzü hərdən həkimə göstərin. Yazıqsınız… Bu 5 günlük dünyada insan kimi yaşayın, insanlığınızı itirməyin. Görün ki bu işıqlı dünyada nələr var. Gözü, ürəyi pas atanlar. Siz elə orada qalın, mən də burada”.

Nehru