Könüldən QINAQ ATƏŞİ: “Canını qoyursan, “sağ ol” demir, amma fonoqram oxuyanlara…”

“Dəhşət bundadır ki, canını, qanını, nəfəsini qoyanlara heç “sağ ol” deyən yoxdur”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Könül Kərimova “Günaydın Azərbaycan” verilişində deyib.

Sənətçi toylarda fonoqram oxuyanların daha hörmətli olduğunu açıqlayıb:

“Heç fonoqram oxuyana risk edib demirlər, fonoqram oxuma… Amma canlı oxuyana deyirlər. Bir dəfə bir məclisdəydim, öz ansamblımla. Bilirdim ki, o məclisə ən azı beş nəfər müğənni gələcək və hamısı da fonoqram oxuyacaq. Ancaq desəm, bir mahnı mızıldan, oxuma e, sadəcə, mızıldan, heç onu da edə bilməyəcək.

Məclis başlayan kimi toy sahibi gəldi ki, Könül xanım xahiş edirəm, fonoqram olmasın. Dedim, heç narahat olma, məndən başqa bura gətirdiyin o müğənnilərin hamısı fonoqram oxuyacaq. İndi oğul deyir, gedib bu sözü onlara deyəsən. Allaha and olsun, deyə bilmədi, hamısı da fotoqram oxudu. Kənardan baxıb dedim, necədir? Başını buladı…

Sözümün canı budur ki, canlı oxuyana yox, fonoqram oxuyanlara demək lazımdır bu sözü. Qabaqlar fonoqram var idi? Ürəyimizin yağını yeyərdik oxuyanda, çətinlik çəkərdik. Müğənnilər tanıyıram ki, yarım saatlıq popuriləri var. Dəhşət bundadır ki, canını, qanını, nəfəsini qoyanlara heç “sağ ol” deyən yoxdur”.

Nehru

COP29