Könüllü ölümü seçənlər – Neçə nəfər evtanaziya ilə həyatına son verib?

Niderlandda 2021-ci ildə evtanaziya ilə həyatına son verilən şəxslərin sayı açıqlanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Niderland Regional Evtanaziya Araşdırma Komitəsi tərəfindən illik hesabat yayımlanıb.

Hesabata görə, 2021-ci ildə evtanaziya etdirənlərin sayı bir il öncəki rəqəmlərə nisbətən 10 faiz artaraq 7 min 666-ya çatıb.

Kimlərin daha çox evtanaziyanı seçdiyinə dair məlumatlara da yer verilən hesabatda xərçəng, parkinson xəstələrinin və ürəyilə ağciyərində müalicə edilməyəcək dərəcədə problem olan şəxslərin üstünlük təşkil etdiyi bildirilib.

Qeyd edək ki, 86 yaşlı məşhur aktyor Alen Delon da evtanaziyaya rəsmi şəkildə icazə verilən İsveçrəyə köçüb.