“Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin şəxsi avtomobilləri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik”.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşünə dair “X” platformasında qeyd edib.
O bildirib ki, getmək istəyənlər əsasən hərbi qulluqçuların ailə üzvləridir.
“Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar”, – deyə Prezidentin köməkçisi əlavə edib.