Könüllülər döyüş bölgəsinə axın edir

images1-300x130Azərbaycanın müxtəlif yerlərindən cəbhə bölgəsinə könüllü olaraq vuruşmaq üçün axın edənlərin qarşısını almaq üçün döyüş bölgəsinə yaxın ərazilərdə polis və hərbi blokada postları yaradıblar.

Bu barədə İnterfax-Azərbaycan yerli sakinlərə istinadən məlumat yayıb. Müdafiə nazirin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirib ki, hazırda Azərbaycan ordusu ona verilən tapşırıqların öhdəsindən gələ bilir.

O bildirib ki, cəbhəyanı zonalardan insanlar qruplar şəklində gəlirlər və ermənilərlə döyüşməyə hazır olduqlarını bildirirlər.