!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kooperativ idarəetmənin inkişafı üçün buna ehtiyac var - Orxan Məmmədov

!Reklam – Yazi

“Ölkəmizdə kooperativ idarəetmənin inkişafı üçün bilik və bacarıqları olan mütəxəssislərin yetişdirilməsinə ehtiyac var”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Baku International CEO Summit” tədbirində çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, biznes subyektləri öz fəaliyyətində kooperativ idarəetmənin uğurlu tətbiqinə maraqlı olmalıdır:

“Ölkəmizin dayanıqlı sosial-iqtisadi potensialını müəyyənləşdirən vacib amillərindən biri dövlət-özəl əməkdaşlığının inkişafının təmin edilməsidir. Müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan ölkələrin təcrübələrinin təhlili göstərir ki, bu tip əməkdaşlıqlar sosial infrastruktur və kommunal sektorlarında daha uğurla tətbiq olunur. Bu isə xüsusi kapitalın daxili investisiyalarının dövlət məqsədləri üçün cəlb olunmasına imkan yaranır və dövlət büdcəsinin yükü azalır.

Qeyd edim ki, kooperativ idarəetmənin prinsipləri biznesin rəqabət qabiliyyətini və kommersiya dəyərini artıran bir vasitədir. Bu baxımdan, bütünlüklə biznes subyektlərinin bu siyasətə cəlb edilməsi, o cümlədən biznesdə kooperativ idarəetmənin təkminləşdirilməsi əhəmiyyətlidir. Ölkəmizdə bu sahənin inkişafı üçün yeni addımların atılması olduqca vacibdir”.

Qeyd edək ki, CEO-ların Zirvə toplantısının media tərəfdaşı “Yeni Çağ” Media Qrupudur.

Gülşən Şərif

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv