Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Köpək balığı turistə hücum etdi

Avstraliyanın Kvinslend ştatında, Uitsandey adaları yaxınlığında köpək balığı turistə hücum edərək ağır yaralayıb.

Yenicag.az-ın məlumatına görə, 46 yaşlı qadın turist yaxtanın yaxınlığında üzərkən köpək balığı ona hücum edib və sağ budundan dişləyib.

Qadın tez bir zamanda sudan çıxarılıb və yaxtada olan həkim qanaxmanın qarşısını alıb. Daha sonra qadın helikopterlə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Kvinslend ştatında sonuncu dəfə köpək balığının hücumu 2014-cü ildə qeydə alınmışdı./Trend/

www.yenicag.az

5797