Sağlam insanlarda köpün səbəbi qidanın həddindən artıq qəbulu və ya (və) köp əmələ gətirən qidaların (kələm, noxud, lobya, un məmulatları və s.) çoxlu miqdarda istehlakı ola bilər.
Xalq təbabəti köpdən azad olmaq üçün bir çox vasitələr təqdim edir.
Sizə 3 ən sınanmış vasitəni təqdim edirik:
1. Şüyüd və ya şüyüd toxumu. 1 x.q. xırda doğranmış şüyüdü (və ya 1 ç.q. şüyüd toxumunu) 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gündə 2 dəfə yarım stəkan olmaqla xırda qurtumlarla çay kimi için.
2. Razyana. 1 ç.q. razyana toxumunu 1 stəkan qaynar suda yarım saat dəmləyin və yuxarıda göstərildiyi kimi qəbul edin.
3. Zirə. 1 ç.q. zirəni 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gündə 2 dəfə yarım stəkan olmaqla için.