Koray Avcı Bakıda konsert verəcək – VİDEO

Tanınmış müğənni Koray Avcı Bakıda konsert verəcək.

Yenicag.az xəbər verir ki, qısa zamanda böyük heyran kütləsi qazanan, mahnıları dildən-dilə dolaşan möhtəşəm səs Koray Avcı Bakıda konsert proqramı ilə çıxış edəcək.

Konsert mayın 1-də Bakı Konqres Mərkəzində baş tutacaq.

Türkiyəli sənətçi ən sevilən musiqiləri ilə sevənlərinin qarşısına çıxacaq.