Koreya şirkəti metallurgiya sənayesinə investisiya yatırmaqda maraqlıdır

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) və Koreyanın “Lemon Metal” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, görüşdə investisiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsinin aparılıb, ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verilib.

“Lemon Metal” şirkətinin nümayəndələri ölkəmizdə alüminium məmulatları istehsalı sahəsinə sərmayə qoymaqda maraqlı olduqlarını bildiriblər.