Cənubi Koreya ilə Şimali Koreya arasında gərginlik yenidən artıb.
Yenicag.az xəbər verir ki, iki ölkə arasında yaranmış gərginliyə səbəb Şimali Koreyaya aid PUA-nın Cənubi Koreya hava sərhədlərini keçib, paytaxt Seul üzərində uçması olub.
Cənubi Koreya ordusundan verilən açıqlamaya görə, Şimali Koreyanın PUA-sının Cənubi Koreya hava məkanını pozmasına cavab olaraq, döyüş təyyarələri və helikopterlər havaya qaldırılaraq xəbərdarlıq atəşi açılıb.
Şimali Koreyaya məxsus PUA-nın aşkarlanmasından sonra Cənubi Koreyada bəzi uçuşların dayandırıldığı bildirilib.
Cənubi Koreyanın Nəqliyyat Nazirliyi İncheon və Gimpo hava limanlarında uçuşların dayandırılmasına qərar verdiyini açıqlayıb.