Koreya yarımadasında tarixi hadisə: “Düşmən qardaşlar” barışır?

Şimali Koreya və Cənubi Koreya arasında həyata keçirilən ikiillik danışıqların ilkin nəticələri məlum olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkənin səlahiyyətli nümayəndələri hərbi xəttin yaradılması məsələsində razılaşıblar. Şimali və Cənubi Koreya bu məlumatı təsdiqləyib. Onlar gələcəkdə də bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni addımlar atılacağını bildiriblər.

Qeyd edək ki, daha əvvəl iki ölkənin bir-birinə qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılacağı barədə xəbərlər yayılmış, bunun ardınca isə Şimali Koreya Cənubi Koreyada keçiriləcək Qış Olimpiadasına idmançı heyət göndərəcəyini bildirmişdi.