Cənubi Koreyanın cənub-şərqində yerləşən Kimhe şəhərindəki hərbi bazada partlayış baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış dekabrın 23-də səhər saatlarında yeni tikilmiş təhlükəli materialların saxlandığı anbara baxış zamanı baş verib.
Nəticədə 3 mülki sakin xəsarət alıb.