“Dünən Cənubi Koreyada baş vermiş fövqəladə vəziyyətin qlobal proselsərə və Rusiya-Ukrayna müharibəsinə təsiri var. Çünki Rusiya-Ukrayna cəbhəsində Şimali Koreyanın qoşunları iştirak edirlər, həmçinin bu yaxınlarda Ukraynanın nümayəndələri Cənubi Koreyada müəyyən silah məsələləri ilə bağlı razılığa gəliblər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı deyib.
Siyasi təhlilçi ötən gün Cənubi Koreyada fövqəladə vəziyyətin elan edilməsinin pərdəarxası məqamlarına toxunub.
Onun sözlərinə görə, bu vəziyyəti belə təsəvvür etmək olar ki, Şimali və Cənubi Koreya arasındakı qarşıdurma yenidən canlanır:
“Burada, xüsusilə də, Cənubi Koreyada yaranan böhranın əsas səbəblərindən biri Rusiyanın proseslərdə iştirakıdır. Onlar Şimali Koreya rejiminə uyğun şəxslərdən istifadə etməyə çalışırlar. Lakin Cənubi Koreya güclü bir dövlətdir və Amerika kimi böyük bir müttəfiqə malikdir. Bu səbəbdən o, belə böhranların öhdəsindən gəlmək gücündədir. Amma bütün bu hadisələr, heç şübhəsiz, Rusiya-Ukrayna müharibəsinin təsirlərinin bir hissəsidir. Şübhəsiz ki, yekunda haqq-ədalət, demokratik Cənubi Koreya qalib gələcək və Şimali Koreyanın təsiri ilə orada rejim dəyişikliklərinə imkan verilməyəcək”.
Rafi Müslümov