Koreyadan Azərbaycana 500 min dollar həcmində tibbi avadanlıqlar ianə edildi

Koreyadan Azərbaycana 500 min dollar dəyərində tibbi avadanlıqlar ianə edilib.

Yenicag.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun Koreya hökuməti ilə birgə layihəsi çərçivəsində Azərbaycanda tibb müəssisələrinin tibbi avadanlıqların təhvil-təslim mərasimində deyib.

O bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Koreya hökuməti ilə birgə layihəsi çərçivəsində Gəncə Şəhər birləşmiş xəstəxanasına tibbi avadanlıqlar ianə edilib:

“İanə edilən avadanlıqlar cərrahiyyə, intensiv terapiya, reanimasiya bölmələrinə aid edilir. Tibb işçiləri artıq sözü gedən avadanlıqların istifadəsi istiqamətində təlimlərə cəlb olunub”.

Sədr bildirib ki, həmin avadanlıqlar Azərbaycanda tibb müəssisələrinin maddi-texniki imkanlarının gücləndirilməsi və infeksion xəstəliklərlə mübarizə məqsədi ilə ianə edilib./report

COP29