Koreyalılar dabanbasaraq Ukraynadan ÇIXIRLAR: “Onlar Rusiyaya heç bir üstünlük qazandıra bilmədilər” – VİDEO
“Real döyüş vəziyyətində onların effektivliyi yoxdur”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsi fonunda Kurska cəlb edilən Şimali Koreya hərbçilərinin geri qaytarılmasının pərdəarxası amillərindən danışan hərbi ekspert Azər Bayramov deyib.
Onun sözlərinə görə, həmin hərbçilər lazımi effektivliyi göstərə bilmədilər.
“Düzdür, göstəriş üçün müxtəlif vasitələrdən istifadə edirlər. Ancaq göstərmək ayrı, reallıq ayrı. Qapalı ölkə olduğuna görə hərbçilərinin döyüş bacarığını indi gördük. Yəni nəticə olaraq onlar Rusiyaya heç bir üstünlük qazandıra bilmədilər”, – deyə o bildirib.
Ətraflı tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov