Cənubi Koreyanın dünyaca məşhur aktyoru Sonq Cea-limin yaşadığı mənzildə cəsədi aşkarlanıb.
Yenicag.az CNN-ə istinadən xəbər verir ki, aktyorun cəsədini onunla səhər yeməyi yeməyə gəlmiş dostu tapıb.
Seul polisinin açıqlamasına görə, ilkin araşdırmalarda cinayət izi aşkarlanmayıb. Həmçinin evdən intihar notu tapıldığı əlavə edilib.
39 yaşlı aktyorun ailəsi Sonqun cəsədinin ekspertizaya göndərilməsini istəmədiyindən meyit ailəyə təhvil verilib.
Qeyd edək ki, aktyorun son rol aldığı layihə oktyabrda başa çatmışdı.