Körfəz ölkələrindən iqtisadi əməkdaşlarına şərt: “Ya biz, ya Qətər”

Körfəz ölkələri Qətərə tətbiq edilən embarqo çərçivəsində yeni sanksiyalar üzərində işləyir.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Rusiyadakı səfiri Omar Ghobash məlumat verib. Onun sözlərinə görə, Körfəz ölkələri Qətərə qarşı yeni sanksiyaların tətbiqinə hazırlaşır. Səfir, iqtisadi əməkdaşlara şərt qoyulması ehtimalının da olduğunu bildirib:

“Hal-hazırda planlaşdırdığımız bir çox iqtisadi sanksiya ehtimalı var. Bunlardan biri iqtisadi əməkdaşlarımıza qoyacağımız şərtdir. Onlara bildirəcəyik ki, bizimlə işləmək istəyirsinizsə, onda ikimizdən birini seçin.”

Həmçinin səfir qeyd edib ki, Qətərin İranla yaxınlaşması riskini dərk edirik, ancaq bunun nəticələrinə dözəcəyik.

Yenicag.Az

 

COP29